07.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

İsrail İranı bu ölkədən vurub

26 okt 2024 23:00
GÜNDƏM
ads
Advertisement

İsrail İrana hücum etmək üçün ABŞ-ın nəzarətində olan İraq ərazisindən istifadə edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam Respublikası silahlı qüvvələrinin baş qərargahına istinadla məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri oktyabrın 26-da səhər saatlarında İran sərhədinin 100 kilometrliyində İraqda ABŞ ordusunun nəzarəti altında olan ərazilərdən istifadə edərək açıq təcavüz nümayiş etdirib və beynəlxalq hüququ pozub", - Baş Qərargahdan bildirilib.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri ( IDF ) oktyabrın 1-də yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində oktyabrın 26-na keçən gecə İrandakı hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.

“The Jerusalem Post” qəzetinin məlumatına görə, İsrail İrana hücumda ən son "F-35" qırıcıları da daxil olmaqla 100-dən çox təyyarədən istifadə edib.

İsrail ordusu iddia edir ki, əməliyyat çərçivəsində nüvə və neft obyektlərinə deyil, yalnız hərbi hədəflərə hücum edilib və bu, münaqişənin genişlənməsinə səbəb ola bilər.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur