29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu ölkədə bir ildə 15 min kişi intihar edib

26 yan 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Yaponiyada kişilər arasında, xüsusən də 30-60 yaş arası kişilər arasında intiharların sayı ardıcıl ikinci ildir ki, artıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyinin rəsmi hesabatında deyilir.

Bildirilir ki, bu, əsasən iqtisadi problemlərlə, o cümlədən qiymət artımı ilə bağlıdır.

Onun sözlərinə görə, 2023-cü ildə Yaponiyada təxminən 15 min kişi ölüb ki, bu da 2022-ci illə müqayisədə 108 nəfər çoxdur. Ölkədə qeydə alınan intiharların 70%-ni güclü cinsin nümayəndələri təşkil edir.

İntihar edən kişilər arasında 9,4 mindən çoxu 30-60 yaş arasındadır ki, bu da 2022-ci illə müqayisədə 3,3% çoxdur. Onların arasında özəl şirkətlərin işçiləri üstünlük təşkil edir. “Ailələrinin rifahına cavabdeh olan bu insanlar iqtisadi təlatümlərdən, o cümlədən qiymət artımından xüsusi psixoloji çətinliklər yaşayırlar”, - Səhiyyə Nazirliyinin nümayəndəsi jurnalistlərə müsahibəsində qeyd edib.

Keçən il Yaponiyada istehlak mallarının qiymətləri 3,1% artıb ki, bu da son 40 ildən çox müddətdə ən yüksək inflyasiya səviyyəsidir.

Yaponiyada 2023-cü ildə ümumilikdə 22 min intihar hadisəsi qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə 63 nəfər azdır. Azalma son iki ildə ilk dəfə qeydə alınıb. Bunun ölkədə koronavirus epidemiyası zamanı tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar olduğu güman edilir.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur