03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Yeni qanun qüvvəyə mindi: Sərxoş sürücülərin avtomobilləri müsadirə olunacaq

15 mar 2024 06:00
GÜNDƏM
ads

Polşada bu gündən etibarən qüvvəyə minən qanunla sükan arxasında olan zaman orqanizmində 1,5 promil spirt aşkarlanan bütün sürücülərin avtomobilləri müsadirə ediləcək.

Publika.az xəbər verir ki, sərxoş sürücünün tutulduğu nəqliyyat vasitəsi ona məxsus deyilsə, sürücü nəqliyyat vasitəsinin dəyəri qədər cərimə olunacaq. Sərxoş halda idarə edilən nəqliyyat vasitəsi qəza nəticəsində yararsız hala düşərsə, həmin nəqliyyat vasitəsini müsadirə etmək əvəzinə, sürücü avtomobilin cari dəyərinə görə cərimələnəcək.

Polşada mövcud qanunlara görə, sərxoş olduğu təsbit edilən sürücülərin sürücülük vəsiqələri əlindən alınır və cərimə tətbiq edilir. Statistikaya görə, Polşada hər gün 255 nəfər sərxoş vəziyyətdə avtomobil idarə edir. Ötən il polis ölkə üzrə yoxlamalar zamanı 90 mindən çox sərxoş sürücünü, ilin əvvəlindən isə 13 minə yaxın sərxoş sürücünü yaxalayıb.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur