01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Tibb aləmində ŞOK: qarnında 35 illik körpə var imiş

08 yan 2024 14:00
GÜNDƏM
ads

Tibb aləmində təəccüblü hadisə baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər qarın ağrısından şikayət edən yaşlı qadının bətnində 35 yaşlı “daş körpə” dölü aşkar ediblər. 73 yaşlı qadının mədəsinin rentgen müayinəsi zamanı təxminən 7 aylıq və 4,5 kq ağırlığında olan daş dölün şok görüntüləri ortaya çıxıb.

Mütəxəssislər əlcəzairli qadının daşlaşmış körpəni 35 il özü də fərqinə varmadan qarnında gəzdirdiyini, lakin yenə də normal həyat sürdüyünü bildirib. Bildirilib ki, litopedion adlanan bu nadir bir vəziyyət, dölün hamiləlik dövründə öldüyü və bədən tərəfindən geri "sorulmayacaq" qədər böyük olduğu zaman meydana gəlir. Bu zaman ananı infeksiyaya səbəb olan ölü toxumadan qorumaq üçün döl daşlaşmağa başlayır.

ABŞ-ın Klivlend şəhərindəki Universitet Xəstəxanasının həkimi Dr. Kim Qarçi toxumadakı kalsifikasiyanın ananı infeksiyadan qoruduğunu, eyni zamanda dölün onilliklər ərzində aşkarlanmadan qala biləcəyini ifadə edib. O, bu barədə "ABC News"a danışıb.

"Royal Society of Medicine" jurnalında 1996-cı ildə dərc edilmiş məqaləyə görə, 290 litopediya hadisəsi sənədləşdirilib. Ən birincisi isə 1582-ci ildə qeydə alınıb.

Qeyd edək ki, 2009-cu ildə 92 yaşlı çinli Xuan İçzyunın yarım əsrdən artıq qarnında daşlaşmış döllə yaşadığı məlum olub. Analoji hadisə 2013-cü ildə kolumbiyalı yaşlı bir qadında da rastlanıb. Onun bətnində isə 40 yaşında daş körpə aşkarlanıb.

Aytən


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur