Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Çaylı kənd sakini, Fətullayev Ziyafəddin Fikrət oğlu idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969-cu il təvəllüdlü Sultanova Səlimə Mirmahmud qızını vurub.
Qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az