“Oboronenergo” ASC-nin Rusiya informasiya texnologiyaları departamentinin keçmiş rəhbəri Mark Manukyan şirkətin əmlakının oğurlanması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Manukyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsi (səhlənkarlıq) ittiham olunub. Cinayət işi “Oboronenergo”da dələduzluq yolu ilə oğurluq işi ilə birləşdirilib”, - məlumatda deyilir.
Müstəntiqlərin fikrincə, Manukyanın səhlənkarlığı oğurluğa səbəb olub. O, özü də günahını etiraf edib və istintaqla əməkdaşlığa hazır olduğunu bildirib. Məhkəmə təqsirləndirilən şəxs barəsində müəyyən hərəkətlərə qadağa qoyulması ilə bağlı həbs qətimkan tədbiri seçib.
“Oboronenergo” ASC dövlət müqavilələri əsasında Rusiya Müdafiə Nazirliyinin obyektlərinin enerji təchizatı ilə məşğuldur.
Şirkətin saytındakı məlumata görə, onun fəaliyyətinin əsas məqsədi Rusiya Müdafiə Nazirliyinin obyektlərinin və digər istehlakçıların etibarlı və fasiləsiz enerji təchizatıdır.
Tural