29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ən aşağı kredit faizləri bu rayonlarda VERİLİR

02 dek 2024 00:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Dağlıq Şirvan iqtisadi rayonunda (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) qeydə alınıb.ğ

QÜTB.AZ xəbər verir ki, Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu rayonlarda kreditlər üzrə orta faiz dərəcəsi 19,21% olub.

Ən aşağı faiz dərəcəsi isə paytaxt Bakıda (11,68%) müşahidə olunub.

Verilən kreditlərin 76,8%-i (20,8 milyard manat) Bakı şəhərinin payına düşdüyü üçün ölkə üzrə ümumi kredit faizləri regionlarla müqayisədə aşağı (13,04%) olub.

Xarici valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcəsi Mil-Muğan iqtisadi rayonunda (Beyləqan, İmişli, Saatlı və Sabirabad) qeydə alınıb. Bu rayonda xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi 15,01% təşkil edib. Xarici valyuta ilə verilən kreditlər üzrə ən aşağı faiz dərəcsi isə Gəncə-Daşkəsən iqtisadi rayonunda qeydə alınıb – 5,09%.

Milli valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcsi Dağlıq Şirvan iqtisadi rayoninda qeydə alınıb ki, bu iqtisadi rayonda faiz dərəcəsi 19,24% olub. Ən aşağı faiz dərəcəsi isə Bakıda qeydə alınıb. Bakıda milli valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 13,36% təşkil edib. ("Yenisabah")

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur