07.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Bakıda yaşayış binasında PARTLAYIŞ

24 fev 2025 09:00
HADİSƏ
ads

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küşəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilində partlayış baş verməsi barədə məlumat daxil olub.

Qutb.az-ın məlumatına görə, FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur