04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Prezident mülkünün DƏYƏRİNİ AÇIQLADI: "Dövlət büdcəsinə bir milyon ödədim ki..."

15 fev 2024 17:00
GÜNDƏM
ads

Qırğızıstan Prezidenti Sadır Japarov “Facebook” sosial şəbəkəsində Bişkekdə ona məxsus olan binanın fotolarını dərc edib.

Publika.az xəbər verir ki, o, dəyəri 20 milyon dollardan çox olan əmlakın leqallaşdırılması üçün dövlət büdcəsinə bir milyon som (təxminən 19074.52 manat) ödəyib.

"Məlum oldu ki, mənim bütün aktivlərim təxminən 20 milyon dollar dəyərində olacaq. Qanuniləşdirmə üçün dövlətə bir milyon ödədim. Bu, qanunun tələbidir. Xaricdə gizlətdiyim pulum olsaydı, mən də gətirib banklarımıza qoyardım”, - Qırğızıstan lideri bildirib.

O deyib ki, 2020-ci ildə prezident seçkiləri zamanı seçki qərargahı adıçəkilən binada yerləşib.

Daha əvvəl Japarov ABŞ dövlət katibi Antoni Blinkenin Qırğızıstan demokratiyasına təhlükə ilə bağlı xəbərdarlıq mesajına cavab verib. Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, sənəddə ölkədə gedən siyasi proseslərlə bağlı izahatlar verilib.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur