“ABŞ Rusiyanın NATO-nun Rusiya-Ukrayna müharibəsinə cəlb olunması ilə bağlı açıqlamasını ciddi qəbul edir”.
QÜTB.AZ xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya üzrə müşaviri Con Kirbi mətbuat konfransında deyib. O bildirib ki, ABŞ bu istiqamətdə fəaliyyətləri davamlı şəkildə izləyir.
C.Kirbi, həmçinin bildirib ki, ABŞ-ın Ukraynanın Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadə etməsi ilə bağlı siyasətində heç bir dəyişiklik yoxdur.