“Ratatouille” cizgi filminə ilham verən əfsanəvi Paris restoranının 1,5 milyon avro dəyərində şərab itirdiyi məlum olub.
Publika.az xəbər verir ki, Notre Dame Katedralinin mənzərəsi olan "La Tour d'Argent" lüks restoranında adi inventar yoxlaması zamanı 300 min şüşə şərab olan zirzəmidə çatışmazlıqlar aşkar edildikdə polisə məlumat verilib.
Oğurlanmış şüşələr arasında dünyanın ən yaxşı və ən bahalı şərabları da var.
Məşhur restoranı ziyarət edənlər arasında İngiltərənin keçmiş kraliçası II Yelizaveta, Franklin Ruzvelt, Çarli Çaplin, Salvador Dali, Con Travolta, Steven Spielberq kimi adlar var.
Roza Şəfiyeva