31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində ilk dəfə qış nağılı yarmarkası keçiriləcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən məlumat verilib.
Yarmarka dekabr ayının 26-dan yanvarın 4-dək olacaq, dekabrın 28-də isə Xankəndi şəhərində konsert proqramı təşkil ediləcək.