Ayurveda 2 min ildən çox əvvəl Hindistanda yaranmış tibbi və fəlsəfi sistemdir. Sanskritcə, ayuverda - "ayur" - uzunömürlülük və "veda" - bilik, hərfi mənada - uzunömürlülük haqqında elm deməkdir.
Publika.az xəbər verir ki, bu yaşam fəlsəfəsi əsasən Cənubi, Cənub-Şərqi və Qərbi Asiyada geniş yayılsa da, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də tanınır. Təşkilat hesab edir ki, bu, ənənəvi Avropa sistemindən heç də az təsirli olmayan alternativ tibb sistemidir.
Ayurvedaya görə qidalanma bir neçə vacib prinsipə əsaslanır. Bu prinsiplər xəstəliklərdən sağalmağa və bədəninizi sağlam vəziyyətdə saxlamağa imkan verir. Ayurvedanın kulinariya prinsiplərinə görə, insanın yediyi yeməyin təkcə fiziki bədəninə deyil, həm də psixikasına və ruh halına birbaşa təsir edir. Buna görə də, yeməyin hansı məhsullardan təşkil olunduğu əhəmiyyət kəsb edir.
Ayurvedaya görə, qidalanmada birinci prinsip odur ki, yediyiniz və yemək hazırlayarkən istifadə etdiyiniz bütün məhsullar təzə olmalı və təbii şəraitdə yetişdirilməlidir. Dondurulmuş və ya konservləşdirilmiş qidalarda bədənin düzgün işləməsi üçün lazım olan qida və mineralların çoxu yoxdur.
Ayurveda qidalanmasının ikinci prinsipi yeməkdə istifadə edilən qidaların uğurlu birləşməsidir. Bu yolla qidadan maksimum fayda əldə edə bilərik. Məsələn, meyvələr, zülallar və yağlar ayrı-ayrılıqda, müxtəlif yeməklərdə istehlak edilərsə, qida daha yaxşı həzm olunur.
Üçüncüsü, Ayurveda qidalanma prinsipləri ənənəvi cədvələ uymur: səhər yeməyi, nahar, şam yeməyi. Bu fəlsəfə diktə edir ki, yalnız ac olanda yemək yeməlisən. Diqqətlə qeyd etmək lazımdır ki, əgər sizdə iştah pozğunluğu varsa, bu, heç də o demək deyil ki, tez-tez yemək yeməlisiniz və ya ümumiyyətlə, yeməməlisiniz.
Ayurvedanın dördüncü prinsipi budur: yeməyinizə bol ədviyyat əlavə edin. Bəli, bu postulatın Hindistan üçün bir az fərqli əhəmiyyəti var, dünyanın digər milli mətbəxlərindən fərqli olaraq, yeməkləri ədviyyatların bolluğu ilə seçilir. Məsələ burasındadır ki, Hindistandakı kimi isti iqlim şəraitində yüksək temperaturda olan istənilən məhsullar xarab olmasa da, dəyişməyə başlayır. İsti ədviyyatlar bədənin mümkün zəhərlənməsinin qarşısını alan dezinfeksiyaedici reaktivdir. Bununla belə, istənilən yeməyə, istənilən havada ədviyyat əlavə etmək dad duyumunu aktivləşdirir və yeməyi daha dadlı edir.
Ayurvedaya görə, qidalanmanın beşinci prinsipi ondan ibarətdir ki, yemək dad baxımından müxtəlif olmalıdır. Bu, o deməkdir ki, hər hansı bir yeməyi hazırlayarkən bütün ləzzət çalarlarını ehtiva edən məhsullardan istifadə etməyə çalışmalısınız: şirin, acı, turş, duzlu və ədviyyatlı.
Ayurvedaya görə, qidalanmanın altıncı prinsipində yeməyin yeyilmə tərzi dayanır. Yeməklər yavaş-yavaş yeyilməsi və asta-asta çeynənməlidir. Bu prinsip sadə və beynəlxalqdır, lakin Ayurveda sistemində xüsusilə vurğulanır: yeməyinizi hərtərəfli çeynəyərək yeməlisiniz. Bu yanaşma hətta az qidadan da maksimum fayda əldə etməyə imkan verəcək.
Və nəhayət, Ayurvedaya görə, qidalanmanın son prinsipi bədənə həftədə bir dəfə istirahət verməkdir. Ümumiyyətlə, yeməkdən və ya ən azı ağır yeməklərdən imtina etməyə dəyər.
Aytən Məftun