03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Gürcü parlamentarilər Azərbaycana görə AŞPA-ya müraciət etdilər

20 fev 2024 16:00
GÜNDƏM
ads

Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədrinə Azərbaycanla bağlı məktub ünvanlayıb.

Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Məclisindən məlumat verilib.

Qeyd edilib ki, Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktubunda AŞPA-nın sessiyası zamanı Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qəbul edilmiş qətnaməyə toxunulur.

Bildirilir ki, bu cür sərt qərarlar AŞPA-nın Azərbaycanla və Cənubi Qafqazla gələcək münasibətləri, eləcə də AŞPA-nın özünün gələcəyi üçün mümkün olan mənfi nəticələr əsaslı şəkildə müzakirə edilmədən və təhlil olunmadan qəbul edilir. Bu isə narahatlıq doğurur.

Gürcüstanın qurumdakı nümayəndə heyətinin rəhbəri hesab edir ki, bu qətnamə AŞPA çərçivəsində Azərbaycanla gələcək əməkdaşlığı və fikir mübadiləsini mümkünsüz edir. Bu, AŞPA-nın Cənubi Qafqaz regionu ilə qarşılıqlı fəaliyyətinə də mənfi təsir göstərəcək.

“Üstəlik, bu qərar Avropa Şurasının dialoq və əməkdaşlıq üçün vacib platforma kimi missiyasına və nüfuzuna da xələl gətirir. Bu qətnamə Avropa Şurasının dəyər və öhdəliklərinin ruhuna zidd olmaqla yanaşı, daha çox qütbləşməyə səbəb ola və AŞPA-ya üzv dövlətlər arasında xüsusilə dəyərli olan etimad əsaslı əməkdaşlığa xələl gətirə bilər” - deyə, gürcüstanlı deputatın məktubunda vurğulanıb.

G.Mikanadze yuxarıda göstərilənləri nəzərə alaraq, AŞPA-nı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya edilməməsi barədə qərarın zərərli nəticələrinin qarşısını almaq üçün bu qətnamənin yenidən nəzərdən keçirilməsinə çağırır.

Məktubun sonunda bu qətnamənin ləğvinin Avropa Şurasının maraqlarına xidmət edəcəyinə əminlik ifadə olunur.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur