“Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov 69 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov feysbuk hesabında məlumat yayıb.
O bildirib ki, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) həyatını itirib.
Qeyd edək ki, Azər Qurbanov 1955-ci ildə Balakəndə anadan olub. O, sözügedən filmdə Rəşid obrazını canlandırıb. O, “Odessa” kinostudiyasının istehsalı olan “Göy Quş”, “Hakim”, “Xarici Qadın”, “Külək” filmlərində də çəkilib. 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.