Salyan rayonunda baş verən yol qəzası ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasına 11 nəfər (2-si kişi cinsi, 9-u qadın cinsi olmaqla) yerləşdirilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Xəbərə görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq şöbələrə yerləşdirilib, onlara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsində 2 nəfərin müalicəsi davam etdirilir. 1-nin vəziyyəti kritik ağır, 1-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.
-------
19:02
Salyanda yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yeni salınan yolda yük maşını ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlarlardan 3 nəfərin Salyandakı "ASAN xidmət"in əməkdaşları olduğu bildirilir.
Xəsarət alınlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Onların əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb. Xəsarət alanlardan birinin - 15 yaşlı yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az