İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpasına ayrılan vəsait 27% artırılacaq
Publika.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərcləri təsdiq olunmuş 7788,0 milyon manata qarşı 9902,7 milyon manat və ya 2114,7 milyon manat (27,2 faiz) artırılır.