Qazaxıstanda məhkəmələr ailə təcavüzkarlarını müvəqqəti olaraq evlərindən çıxara biləcək.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin inzibati polis komitəsinin sədr müavini Renat Zülxayrov deyib. Sədr müavininin sözlərinə görə idarə məişət zorakılığı ilə mübarizə üzrə ixtisaslaşmış bölmə yaratmaq niyyətindədir.
Ölkədə sağlamlığa yüngül zərər vurma və döyülmə ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulur və cinayətkarlara “sosial adaptasiya mərkəzlərində öz hərəkətləri haqqında düşünmək” imkanı veriləcək. Məhkəmə həmçinin təcavüzkarları tibb təşkilatlarında psixokorreksiya kurslarından keçməyə məcbur edə biləcək.
Zülxayrov xatırladıb ki, Qazaxıstanda məişət zorakılığına görə məsuliyyətin sərtləşdirilməsi çərçivəsində 2023-cü il iyulun 1-dən məişət cinayətlərinin qeydiyyatı deklorativ xarakterdən detektiv xarakterə keçib. ərək, hadisə faktı üzrə işlərə başlayıblar. Bu halda zorakılıq edən şəxs yalnız bir dəfə zərərçəkmiş tərəflə barışmaq hüququna malikdir.
Cəmilə