Naxçıvan Muxtar Respublikasında 1 iyul 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 21,5 faiz artaraq 18 min 841 ödəyici olub.
Publika.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 19,6 faiz artıb və 512 ödəyici təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,3 faiz artaraq 5664-ə çatıb.