Rusiyanın "Utair" aviaşirkətinə məxsus təyyarənin uçuş zamanı mühərrikində nasazlıq yaranıb.
Publika.az xəbər verir ki, bu barədə “Aviatorschina” Telegram kanalı yazıb.
Mənbənin sözlərinə görə, pilotlar ən yaxın Surqut hava limanına uçmaq qərarına gəliblər və orada yarım saat sonra təyyarə təhlükəsiz eniş edib. Qeyd olunub ki, Koqalımda əlverişsiz hava şəraiti ilə əlaqədar daşıyıcının nümayəndələri reysin sərnişinlərini Surqut hava limanından yerüstü nəqliyyat vasitəsi ilə təyinat məntəqələrinə göndərəcəklər.
Cəmilə