Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək planları ilə bağlı şayiələr Vaşinqtonun hiyləsidir.
Publika.az xəbər verir ki, Kreml rəsmisi Dmitri Peskov Qərb mediasındakı müvafiq məlumata şərh bildirərkən belə deyib.
“Bu barədə heç bir şərh verə bilmərəm. Gəlin hər hansı məlumatın olub-olmayacağına baxmaq onların brifinqini gözləyək. Ancaq açıq-aydın görünür ki, Ağ Ev fırıldaqçılıqla Konqresi pul ayırmaq üçün qanun layihəsinə səs verməyə sövq etməyə çalışır, bu, göz qabağındadır. Ağ Evin hansı hiylələrdən istifadə edəcəyini görəcəyik".
Fevralın əvvəlində "ABC News" öz mənbələrinə istinadən deyib ki, Rusiya kosmosda nüvə silahı yerləşdirmək istəyir. Qeyd olunur ki, söhbət peyklərə qarşı mümkün silah tətbiqindən gedir.
Elə həmin ay "Reuters" mənbələri ABŞ-ın milli təhlükəsizliyi üçün adı açıqlanmayan ciddi təhlükənin kosmik sahə ilə bağlı ola biləcəyini söyləyib. Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Turner ABŞ Konqresinə “xarici hərbi potensialın sabitliyini pozması”nın yaratdığı təhlükə ilə bağlı kəşfiyyat məlumatı təqdim edib.
Cəmilə