30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

72 nəfərin öldüyü təyyarə qəzasının səbəbi bəlli oldu

29 dek 2023 13:49
HADİSƏ
ads
Advertisement

Nepal hökuməti tərəfindən açıqlanan hesabatda 72 nəfərin öldüyü təyyarə qəzasının təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, Nepal hökuməti tərəfindən təyyarə qəzalarını araşdırmaq üçün təyin edilən 5 üzvdən ibarət komissiya sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı açıqlayıb.

Qəzaya səbəb həm insan səhvi, həm də diqqətsizlik olub. Pilotların uçuş zamanı "elektrik enerjisini təsadüfən kəsməsi" qəzaya səbəb olaraq bildirilib.

Hesabatda həmçinin, təyyarəyə lazımi texniki qulluq göstərildiyi, heç bir qüsurunun olmadığı qeyd edilib.

Qeyd edək ki, yanvarın 15-də Yeti Hava Yollarına məxsus "ATR 72" tipli sərnişin təyyarəsinin Seti çayı vadisi yaxınlığında qəzaya uğraması nəticəsində 72 nəfər həlak olub.

Təyyarənin qara qutusu yanvarın 16-da tapılaraq ekspertiza üçün Fransaya göndərilib.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur