Fələstinin HƏMAS radikal hərəkatının yaraqlıları ədalətli mövqeyinə görə Rusiyanın Qəzza zolağında atəşkəsin təminatçısı olmasında israr edirlər.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosu rəhbərinin müavini Musa Əbu Mərzuk bildirib.
“Biz hələ də Rusiyanın belə atəşkəs razılaşmasının qarantı olmasında israr edirik, çünki açıq-aydın ABŞ İsrailin tərəfindədir və onların mövqeyi təmiz deyil. Rusiyanın mövqeyi daha ədalətli, bütün tərəflər üçün daha məqbuldur”, - deyə Mərzuk bildirib.
Vurğulayıb ki, bununla HƏMAS ABŞ hegemonluğuna, eləcə də Fələstin məsələsində birtərəfli təsirlərə son qoymaq istəyir.
Xatırladaq ki, bundan əvvəl HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib ki, fələstinli yaraqlılar Qəzza zolağında sülhün əsas tələblərini yerinə yetirən istənilən təşəbbüslərə açıqdırlar.
Adəm Abbaslı