Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə əlaqəni bərpa etməyi istisna etməyib.
Publika.az xəbər verir ki, o, bu barədə Almaniyanın birinci kanalı ARD-yə danışıb.
Soltsun sözlərinə görə, o, Putinlə Ukrayna münaqişəsi başlamazdan əvvəl və sonra danışıb.
"Mən həmişə demişəm ki, bunu bir daha edəcəm, amma bunun üçün doğru an lazımdır. Müzakirə mövzusu olmalıdır ki, mənası da olsun", - kansler deyib.
Şolts "kansler Rusiya lideri ilə yenidən əlaqə saxlamağı düşünürmü" sualına cavab verib. Bununla belə, kansler əlavə edib ki, bu cür danışıqlar yalnız müzakirə olunacaq konkret mövzu olduqda məna kəsb edir.
Xatırladaq ki, bundan əvvəl Şolts Rusiyanın Ukrayna ilə bağlı “sülh konfransı”nda iştirakından danışıb. Alman siyasətçinin sözlərinə görə, gələcəkdə Rusiya tərəfi bu sammitdə iştirak etməli olacaq.
Adəm Abbaslı