Yaponiyanın “Nissan Motor Co.” avtokonserni zavodlarının bağlanmaması üçün işçilərini kütləvi şəkildə ixtisar etməyi planlaşdırır.
QÜTB.AZ xəbər verir ki, şirkət bununla iflasdan yayınmağa çalışır.
Məlumata görə, bütün dünya üzrə 9 minə yaxın işçinin ixtisar edilməsi planlaşdırılır.
“Nissan” 2024-cü ilin noyabr ayında böhranla üzləşib. Həmin ay şirkət xalis gəlirlərinin 94 faiz azaldığını bəyan edib.