2014-cü ildə okeanda 438 gün köməksiz vəziyyətdə qaldıqdan sonra xilas edilən şəxs hannibalizmdə (adamyeyənlik) ittiham olunub.
Publika.az xəbər verir ki, bu haqda “LadBible” məlumat yayıb.
2012-ci ildə Xose Salvador Alvarenqa balıqçı yoldaşı Ezequiel Cordoba ilə iki günlük balıq ovuna çıxıb. Onlar bir həftə ərzində səngiməyən fırtınayla üzləşiblər. Ovçular qayığın manevr etməsini asanlaşdırmaq üçün avadanlıqlarının çoxunu suya atsalar da, sonradan mühərrik də sıradan çıxıb.
Alvarenqa sağ qalmaq üçün çiy balıq və quş, həmçinin tısbağa qanı ilə qidalandığını, yağış suyu və sidik içməli olduğunu deyib.
“Mən vaxtın izini itirdim, yalnız gecə və gündüzü müəyyən edə bilirdim. Bu müddət ərzində heç vaxt quru görmədim”, - deyə o qeyd edib.
Alvarenqa qayıqda 438 gün qaldıqdan sonra Marşal adalarında kiçik bir kəndin sakinləri tərəfindən xilas edilib.
O bildirib ki, dörd ay yorğunluqdan əziyyət çəkən dostu Kordoba vəfat edib. Meksikalı bu haqda “438 Gün: Dənizdə sağ qalmanın fövqəladə həqiqi hekayəsi” kitabını nəşr edən jurnalist Conatan Franklinə müsahibəsində danışıb.
Vəfat etdiyi deyilən digər balıqçının ailəsi isə Alvarenqanı məhkəməyə verib. Kordobanın qohumları Alvarenqanı sağ qalmaq üçün balıqçı yoldaşını yeməkdə ittiham ediblər. Alvarenqa isə irəli sürülən ittihamları rədd edib.
O, yalan detektoru testindən uğurla keçib. Bundan sonra açıqlayıb ki, Kordobanın ailəsi onun həyat hekayəsinin çap olunduğu kitabdan əldə olunan gəlirdən pay istəyir.
Cəmilə