01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

"TikTok" qalmaqalı böyüyür

20 mar 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin jurnalistlərə bildirib ki, Nümayəndələr Palatasının qərarı beynəlxalq ticarət qaydalarına və ədalətli rəqabət prinsipinə ziddir. Amerika Konqresinin üzvləri "TikTok"-un istifadəçi məlumatlarını Çin Kommunist Partiyası ilə paylaşması səbəbi ilə ABŞ-ın təhlükəsizliyinə təhdid yaratdığı qənaətindədir.

Publika.az xəbər verir ki, "TikTok" Çin Kommunist Partiyası ilə məlumat paylaşdığına dair iddiaları rədd edir.

Həm Demokratlar, həm də Respublikaçılar tərəfindən dəstəklənən qanun layihəsi "TikTok"-un sahibi olan Çinin "ByteDance" şirkətini bu ilin sentyabrına qədər proqramı satmağa məcbur edir. Əks halda, tətbiq ABŞ-da mövcud olmayacaq.

Qanun layihəsi Senat və prezident Co Bayden tərəfindən təsdiqlənməlidir. Bayden qanunun Konqres tərəfindən qəbul ediləcəyi təqdirdə onu təsdiqləyəcəyini açıqlayıb.
"TikTok" prezidenti Shou Zi Chev platformanı qorumaq üçün hər şeyi edəcəyini bildirib. Əlavə edib ki, bu layihə qanuni olarsa, kiçik müəssisələr milyardlarla dollar itirə və yüz minlərlə insan işsiz qala bilər.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur