İyulun 13-ü axşam saatlarında Las-Veqasda (ABŞ) keçirilməsi planlaşdırılan boks gecəsinin əsas döyüşü təxirə düşüb.
Publika.az xəbər verir ki, IBF və WBO versiyaları üzrə orta çəkidə dünya çempionu qazax Canibek Alimxanul (15–0, 10 KO) və avstraliyalı Andrey Mixayloviçin (21–0, 13 KO) qarşılaşmalı olduğu döyüş baş tutmayacaq.
Canibek çəki ata bilməyib və döyüşdən əvvəl axşam susuzluq səbəbindən yaranan problemə görə xəstəxanaya yerləşdirilib. Alimxanul ilə Mixayloviç arasında döyüş böyük ehtimalla 2024-cü ildə baş tutacaq.