"Yelo Bank” borcunu ödəyə bilməyən müştərilərin evini əlindən almağa davam edir. Bank daha bir ailəni evindən çıxarmaq üçün məhkəməyə müraciət edib.
QÜTB.AZ Tribunainfo.az-a istinadən xəbər verir ki, bank 6 nəfərlik ailənin evindən çıxarılması ilə bağlı iddia qaldırıb. Onlar Məmmədova Sevda Haqverdi qızı, Məmmədov Hüseyn Rasim oğlu, Sadıxova Nuranə Rasim qızı, Sadıxov Əjdər Salman oğlu, Məmmədov Elçin Hüseyn oğlu, Məmmədov Rasim Hüseyn oğludur.
İşin mahiyyəti mənzil mübahisəsidir. İddia mənzildən çıxarılma üzrə qaldırılıb.
Abşeron rayon məhkəməsində baxılan işlə bağlı proses 19 noyabra təyin edilib. İş hakim Mirnəsir Mirhəsənlinin icraatındadır.
Qeyd edək ki, “Yelo Bank”ın İdarə heyətinin sədri Anar Həsənovdur.