Kanadada 2015-ci ildən bəri ən böyük qızılca epidemiyası yayılıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, bu ilin əvvəlindən ölkədə 130 qızılcaya yoluxma halı qeydə alınıb və 1 nəfər ölüb.
Epidemiya ölkənin altı regionunda - Alberta, Britaniya Kolumbiyası, Kvebek, Nyu-Brunsvik, Ontario və Saskaçevanda qeydə alınıb.
Son bir həftə ərzində 30 nəfər qızılcaya yoluxub.
Qeyd edilib ki, ölkədə ötən il cəmi 12 nəfər bu xəstəliyə yoluxub. Sonuncu dəfə 2015-ci ildə Kanadada qızılca xəstəliyinə 113 nəfər yoluxmuşdu.