28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər

21 apr 2024 06:00
SƏHİYYƏ
ads
Advertisement

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” beynəlxalq araşdırmanın nəticələrinə istinadla yazır.

Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştammına görə yeni pandemiyanın baş verəcəyini qeyd edib. Respondentlərin daha 21 faizi “Virus X”in bütün dünya üçün təhlükəyə çevriləcəyinə əmindir.

“Qrip hər qış görünür. Bu epidemiyaları kiçik pandemiyalar adlandırmaq olar. Onlara daha çox və ya daha az nəzarət edilir, çünki onlara səbəb olan müxtəlif ştamlar kifayət qədər virulent deyil. Lakin bu, həmişə belə olmayacaq”, – Köln Universitetinin tədqiqatçısı Con Salmanton-Qarsia bildirib.

Bundan əlavə, sorğuda iştirak edən alimlərin 15 faizi "Sars-CoV-2"nin yenidən pandemiyaya səbəb ola biləcəyinə əmindir.

Bundan əvvəl amerikalı həkimlər ilk dəfə olaraq maralları bir növ zombiyə çevirən prion xəstəliyi olan xroniki arıqlama xəstəliyinin (CWD) qurbanı olduqları güman edilən iki nəfəri müəyyən ediblər. Söhbət ov əti yeyən iki ovçudan gedir. Onları xilas etmək mümkün olmayıb.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur