Zelenskiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb
Ukraynanın əks-kəşfiyyatı və Dövlət Təhlükəsizlik Xidməti (SBU) Ukrayna Prezidenti Vladimir Zelenski və dövlətin digər yüksək hərbi-siyasi rəhbərliyinin nümayəndələrinə qarşı sui-qəsdi hazırlayan şəbəkəsini ifşa edib.
QÜTB.AZ xarici KİV- ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, saxlanılanlar arasında Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin iki polkovniki də var. Qeyd olunub ki, bu şəxslər "Moskvadan Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət edilən şəbəkəyə" Ukraynanın məxfi məlumatlarını sızdırıblar.
Məlumata görə, şəbəkə Vladimir Zelenski ilə yanaşı, SBU-nun rəhbəri Vasili Malyuk, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və digər məmurların həyatına qarşı da sui-qəsd planlaşdırıb.