İran kəşfiyyatı “London mafiya qumar şəbəkəsini” ləğv edib.
Publika.az xəbər verir ki, 14 aylıq araşdırma nəticəsində dələduzluq və çirkli pulların yuyulması ilə məşğul olan şəbəkəni ifşa etmək mümkün olub.
35 min bank hesabı, 1,2 min ödəniş şlüzü və 54 əsas oyunçudan istifadə edən şəbəkə külli miqdarda pul mənimsəyib, onların bir hissəsi Böyük Britaniyaya köçürülüb.
Səlahiyyətlilər həmçinin “Pardaxt” ödəniş şlüzü və “Nitro” mərc şəbəkəsinə cavabdeh olan 5 meneceri saxlayıblar.