“Bavariya” üç əsas oyunçusunu satmağı düşünür.
QÜTB.AZ xəbər verir ki, bunlar Leroy Sane, Kingisli Koman və Serji Qnabridir.
Klub sərfəli təklif alacağı təqdirdə, onları sata bilər. Bu barədə “X” sosial şəbəkəsində “Bayern & Germany” məlumat yayıb.
Mənbənin sözlərinə görə, alman klubu maaş xərclərini azaltmaq üçün mütləq üç cinah oyunçusundan ən azı birini satmağa çalışacaq. Qeyd olunur ki, onlar klubun ən yüksək maaş alan oyunçuları sırasındadır və illik məvacibləri təxminən 60 milyon avrodur.
“Bavariya” 2024/2025 mövsümündə Bundesliqanın turnir cədvəlinə başçılıq edir. Vinsent Kompaninin komandası 10 görüşdən sonra 26 xal toplayıb.