Latviya prezidenti Edqars Rinkeviçs Rusiyaya qarşı mübarizə aparmağa və onu məhv etməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
“Mən Fransa prezidenti Emmanuel Makronu tam dəstəkləyirəm: biz özümüz üçün qırmızı xətlər çəkməməliyik, Rusiya üçün qırmızı xətlər çəkməliyik və bundan qorxmamalıyıq... Rusiya məhv edilməlidir”, - Edqars Rinkeviç bildirib.
Artıq bir çox istifadəçi bunu tənqid edib. Şərhlərdə onlar Latviya rəhbərini istefaya çağırıblar. Onlar qeyd ediblər ki, Avropa liderləri bütün gücləri ilə Ukraynada sülhün əldə edilməsini gecikdirməklə Rusiyanı təxribata çəkməyə çalışırlar.
Bundan əvvəl Emmanuel Makron bildirib ki, Fransanın Ukraynaya dəstəyində heç bir qırmızı xətt və ya məhdudiyyət yoxdur. Bundan sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıqlama verib. O bildirib ki, indi Rusiya Federasiyasında Paris üçün qırmızı xətlər yoxdur.
Akqabay