02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Meymunçiçəyinə yoluxanların sayı artdı

26 okt 2024 23:00
DÜNYA
ads

Cari ilin sentyabrında dünyada 2,7 mindən çox laborator təsdiqlənmiş “mpox” (meymunçiçəyi – Qeyd) hadisəsi aşkar edilib.

QÜTB.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

“Sentyabrda 2 763 təsdiqlənmiş “mpox” hadisəsi qeydə alınıb. Bu, 2022-ci ilin noyabr ayından bəri ən yüksək haldır. Nəticələr bütün dünyada yoluxma sayının artmasının tendensiyasını göstərir”, - məlumatda vurğulanıb.

Avqust ayı ilə müqayisədə yoluxmaların sayı 8% artıb. Ən böyük artım Afrikada (35%) qeydə alınıb, burada sentyabrda 1756 yeni mpox hadisəsi aşkar edilib.

Eyni zamanda, Avropada yoluxma sentyabr ayında 26% (211 hadisəyə qədər), Amerikada isə 32% (427 hadisəyə qədər) azalıb. 2022-ci il yanvarın 1-dən bu il sentyabrın 30-dək 123 ölkədə 109 699 təsdiqlənmiş mpox hadisəsi, o cümlədən 236 ölüm halı müəyyən edilib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur