Kanadanın Baş naziri Castin Trüdo ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşmək üçün Floridaya gedib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Castin Trüdo cümə günü axşam saatlarında Trampın iqamətgahının yerləşdiyi Palm-Biçə uçub.
Xatırladaq ki, noyabrın 25-də Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.