28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Yatmağa yer tapmayan 10 uşaqlı ailə: "Sayı əvvəlcədən planlamışdıq"

23 fev 2024 18:00
GÜNDƏM
ads

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Publika.az xəbər verir ki, verilişin budəfəki sayında Salyanda yaşayan çoxuşaqlı ailədən bəhs olunub.

Şəraitsiz vəziyyətdə 10 uşaq böyüdən 37 yaşlı atanın sözlərinə görə, çoxuşaqlı ailə sahibi olmaq onun arzusu olub:

“Həyat yoldaşımla sevib ailə qurmuşuq. Evlənəndə qərar vermişdik ki, 10 övladımız olsun. Özüm də çoxuşaqlı ailədə dünyaya gəlmişəm. Atamın iki həyat yoldaşından 13 uşağı olub”.

Sonuncu övladını iki həftə əvvəl dünyaya gətirən ana isə deyir ki, evdəki vacib əşyalar uşaqların sayına uyğun deyil:
“Uşaqlar bir-birlərinin paltarlarını geyinirlər. Elə vaxt olur ki, geyimlər qurumur. Ona görə də paltarsız qalırlar. Çarpayıları yoxdur deyə yerdə yatmalı olurlar. Yeməyi süfrə salıb yeyirik”.

Qeyd edək ki, uşaqlar məktəb paltarı və digər ehtiyaclar səbəbindən dərslərdən də kənar qalıblar.

Ətraflı süjetdə:


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur