29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycanda taksi üçün ən populyar avtomobillər - REYTİNQ

21 mar 2024 03:00
GÜNDƏM
ads
Advertisement

Martın 22-də Beynəlxalq Taksi Sürücüləri Günü qeyd olunur.

Bayramın tarixi 1907-ci il martın 22-nə təsadüf edir. Belə ki, məhz həmin gün Böyük Britaniyada yola taksometr quraşdırılmış ilk maşın çıxıb. Elə bu səbəbdən də həmin tarix taksi sürücüsü işinin başlanğıcı kimi qeyd olunub.

Publika.az xəbər verir ki, taksi şirkətlərindən biri bu bayram münasibətilə sürücülərin hansı markalara üstünlük verdiyini analiz edib və ən populyar maşınların reytinqini hazırlayıb.

Məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən sürücülər kompakt avtomobillərə üstünlük verirlər. Odur ki, liderlik zirvəsinə “Opel Astra” və “Toyota Prius” yüksəlib. Taksi sürücülərinin ən sevimli avtomobilləri arasında “Mercedes C-class” modeli ilk üçlüyü tamamlayıb. Sürücülərin 10%-i lüks avtomobillərə üstünlük veriblər.

Populyar avtomobillərin tam reytinqi bu cürdür:

“Opel Astra” - 13%;

“Toyota Prius” - 12%;

“Mercedes C-class” - 5%;

“KIA Rio” - 4%;

“Mercedes E-class” - 3%;

“Toyota Corolla” - 3%;

“KIA Ceed” - 2%;

“Chevrolet Cruze” - 2%.

(Modern.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur