Türkiyədəki Erməni Patriarxlığının rəhbəri, arxiyepiskop Sahak Maşalyan Parisdə keçirilən Olimpiadanın açılış mərasimində Leonardo da Vinçinin “Son şam yeməyi”nin parodiya edilməsini pisləyib.
Publika.az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.
Onun sözlərinə görə, “bu səhnə xristian inancını alçaltmaq məqsədi daşıyırdı”. “İmanımızın ən müqəddəs hadisəsi olan Rəbbimiz İsa Məsihin son şam yeməyini ələ salmaq məqsədi daşıyan bu təhqiramiz parodiya bütün dünyadakı xristianları dərindən incitdi”, - Maşalyan deyib.
O, Olimpiadanın "icmalar arasında harmoniya və sülhü" təşviq etməyə çalışmalı olduğunu söyləyib: “Əvəzində onlar kiçik bir azlıq naminə iki milyarddan çox ardıcılı olan bir dini təhqir etmək və alçaltmaq üçün platformaya çevriliblər”.
O qeyd edib ki, LGBT icması öz hüquqlarına dair “ən kiçik tənqidə belə dözmür” və bu “qəbuledilməz və hörmətsiz davranış” onların özlərinə zərər verəcək.
Tural