01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Fələstin hökuməti bu gün istefa verəcək

25 fev 2024 23:00
GÜNDƏM
ads

Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bazar ertəsi istefa verəcək.

Publika.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Baş nazir Məhəmməd Ştaye istefa ərizəsini Fələstin liderinə təqdim edəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Mənbə qeyd edib ki, Prezident Abbas bu addımı bəzi regional oyunçuların və ABŞ-nin göstərdiyi təzyiqlərə görə atır. “Hökumətin istefası Qəzza zolağında müharibəyə son qoymaq üçün davam edən vasitəçilik səyləri və hərbi qüvvələrin çıxarılması və Fələstin anklavındakı blokadanın götürülməsi üçün beynəlxalq təminatların verilməsi ilə bağlıdır”, - o vurğulayıb.

Mənbənin sözlərinə görə, “növbəti addım HƏMAS hərəkatı da daxil olmaqla, yeni hökumətin formalaşmasına qədər bütün Fələstin qruplarının iştirakı ilə milli konsensusa nail olmaq olacaq”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur