Xəbər verdiyimiz kimi, İslandiyanın Reykyanes yarımadasında vulkan püskürüb.
Publika.az TASS-a istinadən xəbər verir ki, lava axını Qrindavik şəhərindəki evlərə çatıb. Evlərdən ikisi külə dönüb.
Qeyd edək ki, ölkənin cənub-qərbində yerləşən vulkanın püskürməsi səbəbilə bölgədə fövqəladə vəziyyət elan edilib.
Qrindavik sakinləri təxliyə edilib.