Türkiyədə Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi"nin düşərgəsində maraqlı hadisə yaşanıb.
Publika.az xəbər verir ki, "ağ-qaralar" məskunlaşdıqları oteldə "Antatyaspor" klubunun baş məşqçisi Aleks de Souza ilə qarşılaşıblar. "Fənərbağça"nın əfsanəsi paytaxt klubunun futbolçuları - Qara Qarayev və Emin Mahmudov ilə şəkil çəkdirib.
O, eyni zamanda oğlu üçün "Neftçi" formasını istəyib. Kapitan Mahmudov Braziliya millisinin sabiq üzvünün sözünü yerə salmayıb.
Heybət