Türkiyədə xüsusi xidmət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 36 nəfəri saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya "X"də məlumat paylaşıb.
Məlumata görə, terrorçular 4 şəhərdə - İstanbul, Eskişehir, İzmir və Kayseridə həyata keçirilən "Bozdoğan-27" əməliyyatı çərçivəsində saxlanılıblar.
Son bir il ərzində Türkiyədə terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.