Yaponiyada “potensial ölümcül” hesab edilən və “ət yeyən” bakteriyaların yaratdığı streptokok toksik şok sindromu (STSS) hallarının sayı indiyədək ən yüksək həddə çatıb.
Publika.az xəbər verir ki, Milli Yoluxucu Xəstəliklər İnstitutunun (NIID) verdiyi açıqlamada, bu ilin iyun ayının əvvəlinə ölkədə STSS hadisələrinin sayının 977-yə çatdığı bildirilib.
Bildirilib ki, 2023-cü ilin eyni dövründə 941 hadisə qeydə alınıb. Qeydlərin aparılmağa başlandığı 1999-cu ildən bu günə qədər bu halların sayı rekord səviyyəyə çatıb.
Xəstəlik "streptococcus pyogenes" bakteriyası tərəfindən törədilir. Tez-tez boğaz ağrısı ilə müşayiət olunur və sonradan ətrafların nekrozu və orqan çatışmazlığına səbəb ola bilər.
Daha çox ölümcül və yoluxucu bakteriya növlərinin səbəb olduğu infeksiya halları xüsusilə paytaxt Tokioda yerləşən Kanto bölgəsində getdikcə artır.
Aysel Şahmar