Yanvarın 11-də Gədəbəy rayonunun Söyüdlü kəndində sərxoş halda xuliqanlıq hərəkətləri etmiş şəxs həbs edilib.
Publika.az əldə etdiyi məlumata görə, 1976-cı il təvəllüdlü S.Piriyev kəndin girişində “Niva” markalı atomobildən düşərək səs-küy salıb. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılan şəxs barəsində inzibati protocol tərtib edilib və o, Gədəb rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Piriyev 10 sutka inzibati həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Söyüdlü kəndi bir neçə ay əvvəl qızıl mədəni ilə bağlı narazılıqlara görə gündəmə gəlmişdi.