"Mançester Siti"nin skautları komandaya qoşula biləcək cinah oyunçuları bazarını araşdırır.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Mənbənin iddiasına görə, "Vulverhempton"dan Pedro Neto, "Jirona"dan Savio və "Napoli"dən Xviça Kvaratsxeliya əsas namizəd arasında yer alıb. Lakin son aylarda sonuncuya maraq azalıb. Bununla belə, baş məşqçi Pep Qvardiola 3 futbolçudan birini sərəncamında görmək istəyir.
Neto bu mövsüm 12 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə edib. 23 yaşlı portuqaliyalı vinger ilə "Arsenal" da maraqlanır.
"Jirona"nın sahibi olan "City Football Group" Savio ilə bağlı başqa klublardan gələn bütün təkliflərə məhəl qoymayıb. Ona görə də "Siti" qışda onu transfer edə bilər. 19 yaşlı braziliyalı 2023/2024 mövsümündə 22 oyunda 6 qol vurub və 5 asist edib.
Kvaratsxeliya isə bu mövsüm 26 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Heybət