29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ombudsman Səbinə Əliyeva səs verdi

07 fev 2024 11:00
GÜNDƏM
ads

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

Publika.az xəbər verir ki, səsvermədən sonra ombudsman jurnalistlərə açıqlamasında bildirib ki, bütün ölkə üzrə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda yaradılmış yeni seçki məntəqələrində müşahidələr həyata keçirilir.

Onun sözlərinə görə, azad olunan ərazilərdə təşkil edilən 26 yeni seçki məntəqəsində bu ərazilərdə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şərait yaradılıb: "Ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq Ombudsman Aparatının və regional mərkəzlərin 60 nəfər əməkdaşı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının 12 nəfər əməkdaşı növbədənkənar prezident seçkilərində müşahidəçi qismində seçki məntəqələrində, o cümlədən hərbi hissələrdə, penitensiar müəssisələrdə təşkil olunan məntəqələrdə və digər qapalı müəssisələrdə müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidə aparırlar. Bu gün hər bir müşahidəçimiz yerlərdə aldığı məlumatı hər saatdan bir Ombudsmana ötürür və bu barədə müvafiq məlumat operativ tərzdə MSK-ya və MSK-nın İnformasiya Mərkəzindən media vasitəsilə ictimaiyyətə çatdırılır”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur