Rusiya Ermənistanın paytaxtı İrəvanda nasist simvolları daşıyan bir qrup gəncin yürüşündən narahatdır.
Publika.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın reaksiyası barədə danışıb:
“Yanvarın 1-də İrəvanın mərkəzində bir qrup faşist gəncin yürüşünü dərin narahatlıqla qarşıladıq. Ermənistan hüquq-mühafizə qüvvələrinin yürüş iştirakçılarına heç bir şəkildə müdaxilə etməməsi, əlbəttə ki, bizi təəccübləndirir”.
Zaxarova kamera qarşısında gənclərin nasist salamı ilə əllərini qaldırdıqlarını müşahidə etdiklərini bildirib. “Rusiya tərəfi nasizmin istənilən təzahürünün qarşısının alınmasının zəruriliyinə əmindir”, - XİN-in rəsmi nümayəndəsi əlavə edib.
Tural