10.06.25 | Bakı 20.03° C |
10:06:25
Lent :

Bir şəklin tarixçəsi: Heydər Əliyevi Bakıya gətirən TƏYYARƏ

10 iyn 2025 03:00
GÜNDƏM
ads
Advertisement

9 iyun 1993-cü il... Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya uçur. Onu gətirən təyyarə iyunun 9-da günorta saatlarında Binə Hava Limanına enir... Bu, İK-65703 nömrəli TU-13413-3 markalı təyyarə idi... Və Binə hava limanında Heydər Əliyevi geniş xalq kütləsi qarşılayır...

Qutb.az saytı tarixə qısa ekskurs edərək, 32 il əvvəlin 9 iyun tarixinə dair xatirələri "Bir şəklin tarixçəsi" rubrikasında yada salır.

9 iyun 1993-cü il tarixində Naxçıvandan Bakıya uçan Heydər Əliyevi TU-13413-3 markalı təyyarədə müşayət edən bir neçə şəxs olmuşdu ki, onlardan da biri ümumilli liderin ilk şəxsi mühafizəçisi Əmir Hüseynov idi (fotoda Heydər Əliyevin arxasında dayanan şəxs. Əmir Hüseynov 1991-ci ildə Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdığı gündən onun mühafizəsinə qoşulmuş və bu missiyasını 1994-cü ilə qədər davam etdirmişdi-red.)

Naxçıvan Ali Məclisinin o vaxtkı sədri Heydər Əliyevi Bakıya gətirən TU-13413-3 təyyarəsini idarə edən kapitan İlham Əmirov olmuşdu. Onun xatirələrindən:

“Həmin dövrdə vəziyyət çox gərgin idi. Bir tərəfdən, Ermənistanın Azərbaycana ərazi iddiaları və Qarabağda davam edən müharibə, digər tərəfdən isə daxildəki gərginlik xaos vəziyyəti yaratmışdı. Həm ermənilər, həm də AXC bilirdilər ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı vəziyyətin sabitləşməsinə səbəb olacaq, bu da onların məqsədlərinə nail olmalarına əngəl yaradacaq. Ömrünü Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyev kimi nəhəng siyasi xadim dövlətin bütün düşmənlərini, xalqın mənafeyinə zidd siyasət aparan siyasi qüvvələri kənarlaşdıracaq. Bu baxımdan sərnişini Heydər Əliyev olan təyyarəni nə Ermənistan, nə də Gəncə şəhəri üzərindən Bakıya gətirmək olmazdı. Ona görə də alternativ marşrutdan istifadə etmək lazım idi. Buna görə də əvvəlcədən hazırlanan plan üzrə təyyarəni İran üzərindən idarə edib Bakıya gəlməyə qərara aldım. Beynəlxalq uçuş qanunlarına əsasən, digər dövlətin hava məkanına daxil olmaq üçün mütləq icazə almaq lazımdır. Buna görə də qabaqcadan hazırlanmış plana görə İran tərəfdən icazə almışdıq və bu icazəyə əsasən, təyyarəni bu ölkənin hava məkanına daxil olaraq Bakıya istiqamət götürdü...
Təyyarənin istiqamətinin dəyişilməsi dispetçer tərəfindən narazılıqla qarşılandı və mənə əsəbi tərzdə geri qayıtmaq əmri verildi. Lakin mən bu əmrə məhəl qoymadım və ulu öndəri Bakıya çatdırdım”.


Heydər Əliyevin həmin günlə bağlı öz xatirələrindən: “1993-cü  ilin iyun ayında Azərbaycanda dövlət böhranı və vətəndaş müharibəsi olduğu halda, Bakıdan və Azərbaycanın bir çox digər yerlərindən müraciət etdilər ki, mən Bakıya gəlim. Şübhəsiz ki, mən Bakıya gəlmək istəmirdim və gələ də bilməzdim. Ancaq bununla bərabər, Azərbaycanın o vaxtkı rəhbərliyi, başda Əbülfəz Elçibəy olmaqla, dörd gün–iyunun 5-dən 9-dək mənimlə danışıqlar apardılar və mənim Bakıya gəlməyimi xahiş etdilər.
Yenə  də  getmək  fikrim yox idi. Çünki  Naxçıvanın  ağır dövrünü yaşamışdım, hesab edirdim ki, ömrümün sonuna qədər də burada yaşayacağam”.

Bununla belə, ölkədəki vəziyyəti və çoxsaylı müraciətləri nəzərə alan ümummilli lider Heydər Əliyev Bakıya gəldi...

Sonralar "Ostankino" dövlətlərarası televiziya şirkətinə müsahibəsində qayıdışının səbəbini izah edən Heydər Əliyev deyirdi:

"...Mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişdilər. Məni təkidlə dilə tutmuşdular. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu ağsaqqallar mənə müraciət etmişdilər. Azərbaycan prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdi. O, üç dəfə ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim".

A.Qorxmaz

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur